• İş saatları: B.e. - Cümə 09:00 - 18:00

Karyera

Karyera

Karyera artımı və İnkişaf

Buxar Mühəndislik şirkəti əməkdaşlarının yeni nəaliyyətlərə yiyələnməsini və öz bilik və bacarıqlarını inkişaf etdirməsini hər zaman öndə  tutur.

Şirkət strateji məqsədlərə nail olmaq üçün öz işçi heyətini gələcək uğurlarını təmin edən intellektual kapital kimi qiymətləndirir. Eyni zamanda  İnsan resurslarının idarə edilməsi standartlarını vacib hesab edir.

Karyeranın planlaşdırılması, korporativ münasibətlərin inkişafı, innovativ fəaliyyətin dəstəklənməsi istiqamətində addımlar atılır. Hər kəsə bərabər imkanlar mühiti yaradılır.

Tələbələr və məzunlar üçün

Bizim fəaliyyətimiz daim ali texniki universitetlərin diqqət mərkəzindədir.

Azərbaycan Memarlıq İnşaat Unversiteti ilə bağladığımız əməkdaşlıq müqaviləsinə əsasən orada “İstilik, qaz təchizatı və ventilyasiya” ixtisası üzrə təhsil alan tələbələr yay təcrübələrini şirkətimizdə keçirlər.  Tələbələr  yeni avadanlıqlarla tanış etdirir, praktiki biliklərini artırırlar.

Vakansiyalar

Buxar Mühəndislik şirkəti “Layihələndirmə və təklif” şöbəsinin müdiri vakansiyasına namizəd seçimi üçün təcrübəli namizədləri müsahibəyə dəvət edir.

Namizədə dair tələblər:

  • Ali təhsil (texniki / mühəndislik sahəsində);
  • Müvafiq sahədə idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
  • Autocad və Microsoft office proqramlarında işləmə bacarığı;
  • İş planlama ,təşkil etmə və idarəetmə bacarığı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyət;
  • Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

  • Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət və rəhbərlik;
  • Layihələndirmə (soyutma, havalandırma və isitmə mühəndisliyi üzrə);
  • Layihənin smetalarının düzgün hazırlanmasına nəzarət və birbaşa rəhbərlik;
  • Şirkətin bütün tikinti obyektləri tərəfindən işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə – nəzarət etmək, zərurət yarandıqda bilavasitə təmin etmək;
  • Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsini, vaxtında və keyfiyyətli yerinə yetirilməsinnə nəzarət;
  • Mühəndislərin işinə nəzarət və hesabatlılıq;
  • Layihələndirmə ilə bağlı görüşlərə nəzarət və iştirak;

Qeyd:İsitmə, soyutma və havalandırma üzrə mühəndis iş təcrübəsi olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

CV-ləri Layihələndirmə və təklif şöbəsinin müdiri mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Namizədə dair tələblər:

– Ali təhsil ( HVAC, Avtomatika mühəndisliyi üzrə alı təhsil mütləqdir. )
– Riyazı təhlil və analitik düşüncə;
– MS office proqramlarında işləmə bacarığı;
– Azərbaycan və Rus dilində sərbəst danışıq bacarığı olmalı;
– Bazar araşdırmalarını düzgün aparma bacarığı;
– Səliqəli xarici görünüş, müştərilərlə ünsiyyət bacarığı;
– Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

• Layihələrin həyata keçirilməsində iştirak etmək;
• Layihələndirmə ilə bağlı görüşlərin keçirilməsi;
• Müştəriyə satışla bağlı müvafiq avadanlıqların təklif edilməsi;
• Müştəri bazasının düzgün idarə edilməsi;
• Müştəri portfelinin düzgün idarə etməsi;
• Satış menecerinə aylıq hesabatın verilməsi;
• Minimum bir il satış təcrübəsi;

Qeyd: Mühəndislik təhsili olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.

CV-ləri Satış mühəndisi mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Namizədə dair tələblər:

– Ali təhsil -mühəndislik sahəsi üzrə mütləqdir.
– Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
– Autocad və MS office proqramlarında işləmə bacarığı
– İş planlama və təşkil etmə bacarığı
– Ünsiyyətcil və danışıq aparmaq bacarığı
– Komanda daxilində işləmək bacarığı;

İş barədə məlumat:

– Layihələrin həyata keçirilməsinə kömək etmək;
– Sahə üzrə planlamada iştirak etmək;
– Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət;
– Koordinasiya ilə bağlı görüşlərdə iştirak etmək;
– Layihə rəhbərliyinə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
– Layihələndirmədən öncə layihələrin icra olunduğu sahəyə yerində baxış.

Qeyd:İsitmə, soyutma, havalandırma ilə bağlı mühəndis iş təcrübəsi olan namizədlər  müsahibəyə dəvət ediləcəkdir.

CV-ləri Sahə  mühəndisi  mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.