• İş saatları: B.e. - Cümə 09:00 - 18:00

New Landpage

Şərq Bazarı Layihəsi Sabah Residence Layihəsi PREZİDENT SARAYI
“Buxar Mühəndislik” şirkəti “Viesmann” firmasının istehsalı, gücü Q=2300 kVt olan 4 ədəd suqızdırıcı qazandan ibarət müasir qazanxana layihələndirib quraşdırmış və 2009-cu ildə istifadəyə vermişdir.
HYATT REgency baku “Hyatt Regency Baku” otelinde “Buxar Mühəndislik” şirkəti “Viessmann” markalı qazanlar, “Grunfdos” markalı nasoslar və buxar generatorları quraşdırılıb istifadəyə verilmişdir. Gülüstan sarayı Gülüstan Sarayının yenidən qurulması layihəsində “Buxar Mühəndislik” şirkəti tərəfindən isitmə gücü 4800 kvt (3x1600kvt) olan qazanxana, soyutma gücü 3000 kvt olan çiller-fankoyl sistemlərinin quraşdırılması işləri həyata keçirilmişdir. AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ABB ASC-nin Nizami 67 ünvanında yerləşən baş ofisində soyutma sistemi “Buxar Mühəndislik” şirkəti tərəfindən layihələndirilib və quraşdırılıb. Green park yaşayış kompleksi Şəhərimizin ən gözəl yerlərindən birində inşa edilən “Green Park” yaşayış kompleksində “Buxar Mühəndislik” şirkəti qazanxana sistemi, fərdi mənzillərdə soyutma – isitmə sistemləri layihələndirib, quraşdırıb və istifadəyə vermişdir.

Mühəndislik

Mehmanxanaların, məktəblərin, sənaye müəssisələrinin, biznes obyektlərinin layihələndirilməsi və montajı

Servis Mərkəzi

Layihələrimizdə quraşdırma və işə salma proseslərini, həmçinin təmir işlərini həyata keçiririk.

Haqqımızda

Buxar Mühəndislik

“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq  Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi  fəaliyyətə başlayıb. 1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan“ Buxar Mühəndislik” şirkəti  hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.

Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.

50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar Mühəndislik” şirkəti  fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə etməkdə davam edir. Eyni zamanda fəaliyyətimizin bir qolu olan  əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı və texniki xidmət (servis) göstərilməsi  işini də təşkil edərək bir sira iri layihələrə uğurla imza atmışıq.