Su Təchizatı Sistemləri

Soyuq və isti su təchizatı dedikdə istehlakçıların, tələb edilən miqdarda, lazımi basqı, temperatur və keyfiyyətli soyuq və isti su ilə təmin edilməsi prosesi nəzərə tutulur.

Tələbatdan asılı olaraq müxtəlif növ nasos qurğularının, o cümlədən hidrofor nasos satansiyalarının quraşdırılması ilə məşğul oluruq. Bu stansiyalar lazım gəldikdə frekans tipli nasoslar ilə təchiz olunurlar.

Onlar tələbatdan asılı olaraq avtomatik rejimdə dövrlər sayının dəyişməsi ilə çalışaraq adi nasoslardan 2-3 dəfə az enerji sərf edirlər.

Şirkətimiz isti suyun qazanxanada hazırlanmasından başlayaraq, onun və soyuq suyun bina daxilində ən axırıncı su işlədici cihaza qədər olan şəbəkəsinin layihələndirilməsi və quraşdırılmasını təmin edir.

Bu sistemlərdə dünyada nasos istehsalının 50%-ə qədərini öz əlində cəmləşdirən GRUNDFOS şirkətinin nasoslarından istifadə edilir. Bu nasoslar öz uzunömürlülüyü, etibarlılığı, mühafizə olunmaq qabiliyyəti və imtinasızlılıqlarına görə öz analoqlarından kəskin fərqlənirlər.