İsitmə, soyutma və havalandırma sistemləri

İlin, isitmə mövsümü adlanan dövründə yaşayış və ictimai binalarda xarici qoruyucu konstruksiyalardan ətrafa itən istiliyi kompensasiya etmək və mühitdə komfort şərait yaratmaq məqsədilə isitmə sistemlərindən istifadə edilir. İstiliyi hasil edən mənbə, onu nəql edən qurğular və istilik işlədiciləri ilə birlikdə istilik təchizatı sistemini təşkil edir. İstiliyi hasil edən mənbə Qazanxana sistemi adlanır.

Qazanxana: Şirkətimiz müxtəlif məhsuldarlıqlı müasir texnoloji və ekoloji standartlara cavab verən, texniki təhlükəsizliyi təmin edən qoruyucu klapanlar, avtomatik tənzimləyicilər və digər armaturlarla təchiz edilmiş avtomatik idarə olunan qazanxanaları layihə edir, quraşdırır, sazlayır və istifadəyə verir. Quraşdırdığımız qazanxanalarda dünyanın aparıcı VIESSMANN (Almaniya), GRUNDFOS (Danimarka), FBR (İtaliya), TRANTER (İsveç), Yanar(Azərbaycan)və s. şirkətlərinin yüksək keyfiyyətli avadanlıqlarından istifadə edilir.Bu avadanlıqların resmi satış nümayəndəsi “Buxar Mühəndislik”MMC-dir.

Hasil edilən istilik enerjisinin əsas hissəsi isitmə sistemlərində istifadə edilir.İstiliyi, bilavasitə isidilən mühitə çatdırmaq üçün aşağıdakı sistemərdən istifadə etmək olar:

  • Radiator isitmə sistemləri;
  • Döşəmə və divardan isitmə (soyutma) sistemləri;
  • Fankoyl-çiller isitmə-soyutma (iqlim) sistemləri.

Radiator isitmə sistemi:Bunlardan ən geniş yayılanı, səmərəli və gigiyenik cəhətdən digərlərindən üstün olan radiator isitmə sistemləridir.

Fankoyl-çiller isitmə-soyutma sistemi:Hazırda fankoyl-çiller isitmə-soyutma sistemlərindən də geniş istifadə olunur. Çiller adətən soyuqluq hasil etmək üçün istifadə edilir.Fankoyl isə ventilyatorlu isitmə cihazıdır. Onlardan qış dövründə isitmə, yay dövründə isə soyutma üçün istifadə edilir.Fankoylların döşəmə, divar, tavan, kaset və s. tipli modelləri vardır. İsti və soyuq suyun fankoyla verilməsi üçün onlar 2 borulu və 4 borulu hazırlanırlar.Fankoyl cihazlarının istilik (soyuqluq) məhsuldarlığı otaqdakı idarəetmə paneli vasitəsilə idarə olunur.

Döşəmədən isitmə:Otaq daxilində komfort istilik rejimi yaratmaq üçün otağın döşəmədən isidilməsi məqsədəuyğun hesab olunur. Döşəmə isitmə sistemlərində istilik otağa əsasən şüalanma yolu ilə verilir. Bu sistemlərlə qızdırılan otaqlarda soyuq hava cərəyanları olmur və otağın qızması hər yerdə bərabər olur.

VRF-İsitmə/soyutma sistemi:İsitmə və soyutma sistemi kimi VRF sistemlərindən də istifadə edilir ki, bunlar Multisplit sistemlərdən fərqli olaraq böyük həcmləri – binanın mərtəbəsini və hətta bəzən bütün binanı əhatə edir. Bu sistemlərdə bir xarici bloka onlarla daxili bloku birləşdirmək olur. Xarici blok daxili bloklardan uzaqda yerləşdirilə bilir ki, bu da binanın xarici görkəminə xələl gətirmir. Şirkətimiz müasir texnoloji tələblərə cavab verən Gree markalı ən son texnologiyası olan GMV5 avadanlıqlar ilə təchiz olunmuş isitmə və soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması, işə buraxılması, sazlanması və servisi ilə məşğul olur.