Buxar qazanxanası

Suyu qaynama temperaturundan yuxarı temperatura qədər qızdıraraq  buxara çevirmək üçün buxar qazanlarından isitifadə olunur .Buxardan neft emalında,tütün istehsalında,beton-demir istesalında,süd məhsulları istehsalında və.s istifadə olunur.

Həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür.Borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır. Buxar qazanı və buxar istehsalı sisteminin etibarlı və sağlam işləyə bilməsi üçün istifadə edilməsi zəruri olan bəzi avadanlıqlar vardır. Bu avadalıqlara deaerator, ekonomayzer, kondensat çəni, nasos qrupu, genişləndirici çən, odluq, tüstü bacası, su yumşaltma sistemi, mexaniki filtr və s. aiddir.

Ümumiyyətlə, qazan qurğusu dedikdə qazan aqreqatı ilə onun köməkçi avadanlıqları birlikdə başa düşülür. Misal olaraq şirkətimizin “Milk-Pro” MMC şirkətinin Hövsan qəsəbəsindəki süd məhsulları zavodunda, “Qalmaz” Yeraltı Qazsaxlama Anbarının qaz qurutma qurğusunda, ARDNŞ “Neftqaztikinti” Trestinin Dəmir-Beton zavodunda, “Kristal” pivə zavodunda, Zəhmət-Ruzi MMC-də, Europen Tobacco Baku-da və digər obyektlərdə quraşdırdığı buxar qazan aqreqatlarını göstərmək olar.

Ümumilikdə,şirkətimiz müxtəlif məhsuldarlıqlı sənaye buxar qazanlarını və avadanlıqlarını müasir texnologiya ilə və texniki təhlükəsizliyi ön planda tutaraq, avtomatik rejimdə işləyən qazanxanalar layihə edir, quraşdırır, sazlayır və istifadəyə verir.