Alternativ enerji sistemləri

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə zəngin günəş enerjisi potensialına malikdir. Burada günəşli saatların illik miqdarı 2400-3200 saat, bir il ərzində 1 m2 sahəyə düşən günəş enerjisinin miqdarı 1500-2000 kVt∙saat təşkil edir. Belə əlverişli təbii şəraitin olması Azərbaycanda digər regenerativ enerjilərlə yanaşı günəş enerjisindən istifadəni daha da səmərəli edir.

Şirkətimiz tərəfindən 3 ildən artıq bir müddətdə istismar edilən müxtəlif kiçik və böyük qurğular qurulub istifadəyə verilmişdir. Həmin qurğularda günəş kollektorunda, günəş şüalarından qəbul edilən istilik enerjisi nasos ilə dövr etdirilən istilikdaşıyıcısı vasitəsilə istilikdəyişdiriciyə verilir.

İstilik, istilikdəyişdiricidən istifadə olunmağa və istilik akkumulyatoruna verilir. Günəşli saatlarda, tələbatdan artıq qalan artıq enerji, istilik akkumulyatorunda yığılır və gecə vaxtı və ya buludlu səma zamanı istifadə edilir.Şirkətimiz günəş enerjisindən isti suyun və elektrik enerjisinin alınması, çimərlik hovuzlarındakı suyun qızdırılması və isitmə məqsədləri üçün istifadə qurğularını layihələndirir, quraşdırır, sazlama və işəburaxma əməliyyatlarını həyata keçirir və servis xidməti də göstərir.

Qruntun və havanın enerjisi mənbələrinin temperaturu isitmə mövsümündə isitməyə verilən suyun temperaturundan aşağı olur. Bu istiliklərdən istifadə etmək üçün onların potensialını yüksəltmək lazım gəlir. Bu məqsədlə istilik nasoslarının köməyindən istifadə edilir. İstilik nasosları aşağı potensiallı istiliyi qəbul edərək onun potensialını yüksəldir və lazımi səviyyəyə çatdırdıqdan sonra tələbatçıya verir.

Qruntun istiliyindən istifadə etmək məqsədilə 1,0-1,5 metr dərinliyində müəyyən torpaq sahəsi qazılır və orada polimer boru dəsti basdırılır. Bu boruların içərisi ilə istilik nasosu və borular arasında nasos vasitəsilə dövr etdirilən istilikdaşıyıcı – antifriz axır. Qruntun istiliyi istilik nasosunun “soyuq” tərəfinə daxil olur. Istilik nasosunda istiliyin potensialı (temperaturu) yüksəldilərək “isti” tərəfdən isitmə sisteminə və ya isti su hazırlayan qızdırıcılara verilir.

Havanın isitliyindən istifadə qurğularında isə istilik nasosunun içərisindən atmosfer havası keçirilir. Şirkətimiz indiyə qədər gücü 21,6 kVt olan qrunt enerjisi qurğularını, gücü 22 kVt olan hava enerjisi qurğularını və digər analoji qurğuları quraraq istifadəyə vermişdir. Bu qurğular qaz yanacağının olmadığı yerlərdə elektrik enersinə 70-80%-ə qədər qənaət etməyə imkan verir. Havanın istiliyindən istifadə qurğuları temperaturun -20°C temperaturuna qədər işləyə bilirlər.