Haqqımızda

Buxar müəssisəsinin əsası 1971-ci ildə qoyulub. Belə ki, 1971-ci ildə Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası fəaliyyətə başlayıb.

1990-cı illərdə yenidənqurma prosesindən yararlanaraq təşəbbüsü ilə müəssisə dövlətdən icarəyə götürülüb.

1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında və onun hüquqi varisi olaraq “Buxar” hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

“Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.

1997-ci ildə “Buxar” qanunvericiliyə uyğun olaraq özəlləşdirilib və xüsusi mülkiyyətinə verilib.

45 illik peşəkar iş təcrübəsinə malik “Buxar”  fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə edib.

Fəaliyyətimiz daha da genişləndirilərək əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı, quraşdırılması və texniki xidmət (servis) göstərilməsini də təşkil etmişik.

Biz Azərbaycan bazarında rəqabət qabiliyyətini artırmaq və keyfiyyətli avadanlıqlar təklif etmək məqsədilə “Yanar” markasını yaratmışıq.

Tarixçə

1972

Başlamışdır

Şirkətimiz dövlət nəzdində mühəndislik müəssisəsi kimi fəaliyyətə başlamışdır.
1996

Yeni ad

“Buxar” kimi öz fəaliyyətini davam etdirir.